Premyer Liqanı daha bir klub tərk etdi

10:32 9 May 2018

Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edən daha bir klubun adı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “Vest Bromviç” elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Buna “Sauthempton”un 31-ci turdan təxirə salınmış oyunda “Suonsi Siti”yə 1:0 hesabıyla qalib gəlməsi səbəb olub. Məhz bu oyunun nəticəsindən sonra xallarının sayını 36-ya çatdıran “Sauthempton” Premyer Liqada qalmaq yolunda önəmli bir addım atıb.

 

33 xalla 18 pillədə qalan “Suonsi Siti” isə elitada qalmaq şansını möcüzəyə saxlayıb. "Haddersfild” bu gün "Çelsi"yə qalib gələrsə, Uels klubub Premyer Liqanı tərk etməli olacaq.


Digər xəbərlər

Xəbər xətti