Futbol üzrə Fransa Kubokunun final oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, həlledici oyunda Liqa 1-də çempionluğunu rəsmiləşdirmiş PSJ ilə aşağı liqa təmsilçisi “Le Erbye” qarşılaşıb. Paris təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Bununla da PSJ tarixində 12-ci dəfə Fransa Kubokunun qalibi olub. Bu baxımdan parislilər Fransa rekordçusudular. Sonrakı yeri 10 dəfə ölkə kubokunu qazanmış “Marsel” tutur.
Fransa Kuboku, Final
8 may
Le Erbye – PSJ 0:2
Qol: Le Selso, 26. Kavani, 74-pen.