Yüksək Liqada 22-ci turdan təxirə salınmış bir oyun keçiriləcək.
Sportarena.az xəbər verir ki, ötən oyunda “Neftçi”ni məğlub edərək dördüncü pilləni təmin edən “FK. İtaldizain Futsal” EKOL-a yenilən “Marafon Futsal”la qarşılaşacaq.
Mayın 11-də, saat 14:00-da "Olimpik Star"da keçiriləcək oyunda “Marafon Futsal” qələbə qazanacağı təqdirdə son turun oyunlarının nəticəsindən asılı olmayaraq gümüş medalları təmin edəcək.