Müqavilə ilə “Lester”ə məxsus olan, icarə əsasında Moskva ÇSKA-da çıxış edən Ahmed Musa keryerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Sportarena.az xəbər verir ki“Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” 25 yaşlı forvardın xidmətində maraqlıdı.
“Qalatasaray” hələ qışda Musanı heyətinə cəlb etmək istəyirdi. Həmin vaxt İstanbul klubu afrikalı forvard üçün ildə 3,5 milyon avro əmək haqqı təklif etsə də, transfer baş tutmamışdı.
Qeyd edək ki, mövsümün ikinci yarısında çıxış etdiyi Rusiya çempionatında Musa 9 görüşdə 5 qol vurub.