"Liverpul"un futbolçusu Əmrə Can Çempionlar Liqasının finalında "Real"la oyunu buraxacaq.
Sportarena.az xəbər verir ki, son tibbi müayinələrdən sonra türkəsilli alman yarımmüdafiəçinin Madrid klubu ilə matça kimi hazır olmayacağı məlum olub.
Qeyd edək ki, "Real" - "Liverpul" görüşü mayın 26-ı keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl "Liverpul"un müdafiəçisi Co Qomesin final oyununda iştirak etməyəcəyi açıqlanıb.