Ferquson komadan ayıldıqdan sonra ilk sualı nə olub?

18:41 9 May 2018

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqusonun beyninə qan sızdığı barədə məlumat vermişdik. Əəməliyyat olunan təcrübəli mütəxəssis bir müddət komada qalıb. Artıq ser Aleks komadan ayılıb.

 

Sportarena.az xəbər verir ki, Ferqusonun komadan ayılandan dərhal sonra nə ilə maraqlandığı da məlum olub. Şotland mütəxəssis öncə oğlu Darrenin işi barədə soruşub. Oğlunun çalışdırdığı “Donçester” mövsümün son oyununu “Uiqan”la keçirib və 0:1 hesabı ilə məğlub olub.

 

Hazırda Ferqyusonun durumunun yaxşı olduğu bildirilir. O, yeyir və yaxınları ilə söhbət edir. Bununla belə onun səhhətindəki təhlükə tam sovuşmayıb. Həkimlər onun sağlamlıq perspektivi barədə yaxın 48 saat ərzində konkret fikir bildirəcəklər.


Digər xəbərlər

Xəbər xətti