Bəxtiyar Həsənalızadə: "Söz sohbətləri yayanlar "Sumqayıt"ın uğurunu istəməyən insanlardı"

17:10 10 May 2018

"Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə Sportarena.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

- Sizi mayın 12-də Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ" ilə çox vacib ev oyun gözləyir. Demək olar ki, qələbə qazanmağa məcbursuz...

- Çətin oyun olacaq. Əlimzdən gələni artıqlmasıyla eləməyə çalışacağıq ki,  qələbə  qazanaq.

 

- Rəqibiniz sizdən 6 xal öndə olsa da, 2-ci pilləni təmin etməyib. Bu məqam oyunun gərginliyini artıracaqmı?
- Əlbəttə, bu məqam onlar üçün önəmli  olacaq. Bu da oyunun  daha  gərgin və maraqlı  edəcək. Hər iki komandaya da qələbə lazımdı.

 

- Son zamanlar "Sumqayıt" ətrafında müxtəlif söz-söhbətlər, iddialar yayılıb. Bu məqam sizə necə təsir edir? Komanda daxilində vəziyyət necədi? Samir Abbasovla bu barədə söhbətiniz olubmu?
- Söz sohbətləri yayanlar "Sumqayıt"ın uğurunu istəməyən insanlardı. Yalan xəbərlərdi. Hər şeyin fərqindəyik. Komanda daxilində vəziyyət əladi və inşallah daha da yaxşı olar .

 

- Sona 2 tur qalmış Avroliqa şanslarını necə qiymətləndirirsiz? Mütəxəssislər hazır kı, vəziyyət şansızın öz əlinizdə olduğunu bildirir. Həm də son turda "Zirə" ilə çox vacib oyununuzda olacaq.
- Siz dediyiniz kimi Avropa Liqasına vəsiqəni Allahın köməkliyi ilə özümüz də həll edə bilərik. Bunun üçün səylə çalışacağıq. İstəmirik ki,  digər komandaların nəticələrindən asılı olaq. "Zirə"dən öncə "Qəbələ" ilə oynumuz var. Hələ ki daha vacibi bu oyundu.


Digər xəbərlər

Xəbər xətti