"Fənərbaxça" kuboku "Akhisar"a verdi

23:47 10 May 2018

Futbol üzrə Türkiyə Kubokunun 2017/18 mövsümünün qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, final oyununda “Fənərbaxça” ilə “Akhisarspor” üz-üzə gəlib. Bu görüşdə məhz “Fənərbaxça” favoriti hesab olunurdu. Lakin beş qolun qeydə alındığı qarşılaşma İstanbul nəhənginin məğlubiyyəti ilə başa çatıb.

 

Nəticədə, “Akhisarspor” tarixində ilk dəfə Türkiyə Kubokunun qalibi adını qazanıb. “Fənərbaxça” isə tarixi ərzində 11-ci dəfə həlledici oyundan məğlubiyyətlə ayrılıb. Bu komanda finallardakı məğlubiyyət sayına görə rekordçudu. İstanbul klubu altı dəfə də kuboka sahib çıxıb.

 

Akhisarspor - Fənərbaxça 3:2

Qollar: Lopes, 32. Sissoko, 70. Barbosa, 81 – Fernandao, 56. Souza, 86.


Digər xəbərlər

Xəbər xətti