Türkiyə Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın 32-ci turunun “Sivasspor”la ev oyununda (1:1) qırmızı vərəqə alan “Başakşəhər”in futbolçusu Arda Turana ağır cəza verib.
Sportarena.az xəbər verir ki, Türkiyə millisinin üzvü 16 oyunluq cəzaya layiq görülüb. 31 yaşlı futbolçu hakimə hücuma görə 10, yan xətt hakimini təhqirə görə 3, əsas hakimi təhdid etdiyinə görə isə daha 3 oyun cəza alıb. Bundan əlavə, Ardaya 39 min türk lirəsi (15600 manat) məbləğində pul cəzası da verilib.
Xatırladaq ki, “Başakşəhər” “Sivasspor”la oyunda matça əlavə olunmuş 2-ci dəqiqədə qol buraxaraq qələbəni əldən qaçırmış və çempionluq uğrunda mübarizədə geri düşmüşdü.