Onlar da "yüz"ü ötdü

17:50 11 May 2018

Bu gün Yüksək Liqada XXII turdan təxirə salınmış "Marafon Futsal” – "FK. İtaldizain Futsal” qarşılaşması keçirilib.
 
Sportarena.az xəbər verir ki, 5:5 hesablı heç-heçə ilə başa çatan oyun mövsüm ərzində 100 qol səddini keçən dördüncü komandanı müəyyənləşdirib. Gümüş medalı qazanan debutant bu duelə qədər 96 qol vurub. Elyas Baratinin 23-cü dəqiqədə vurduğu qol komandasının Yüksək Liqada 100-cü qolu olub.
 
Artıq 4 komanda aktivindəki qolların sayına görə 100-ü keçib. Ən çox fərqlənən isə "Araz”dır. Alesionun yetirmələri hamıdan çox – 143 dəfə rəqib torunu silkələyib. "FK. İtaldizain Futsal” bu göstəricidə ikinci pillədə yer alıb. "Marafon Futsal” 101, EKOL isə 100 qol vurub.


Digər xəbərlər

Xəbər xətti