“Bavariya” futbolçuları Aryen Robben və Rafinya ilə yeni müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Münhen klubunun mətbuat xidməti yayıb. Hər iki futbolçu ilə mövsümün sonunda başa çatacaq müqavilə müddəti gələn ilin yayına kimi artırılıb.
Xatırladaq ki, Robben 2009, Rafinya isə 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.