Mayın 9-da Rusiya kubokunun qalibi müəyyənləşib. "Tosno" finalda "Avanqard"ı 2-1 hesabıyla məğlubiyyətə uğradıb.
Sportarena.az xəbər verir ki, Volqoqradda keçirilən oyunda qazanılan qələbə Leninqrad vilayətinin komandası üçün tarixində ilk uğur olub. Buna baxmayaraq komanda Avropa liqasında iştirak edə bilməyəcək. Buna səbəb isə klubun vaxtında lisenziya ala bilməməsidir.
Belə olan halda ölkəni Avroliqada çempionatı 6-cı bitirən komanda təmsil edəcək. Hazırda buna ən yaxın "Ufa" komandasıdı.