UEFA Buffona qarşı intizam işi açdı

12:45 12 May 2018

UEFA "Yuventus"un qapıçısı Canluici Buffona qarşı intizam işi açıb.

 

Sportarena.az xəbər verir ki, buna onun Çempionlar Liqasının 1/4 finalında "Real"a qarşı cavab matçında etdiyi hərəkətlər səbəb olub. UEFA 40 yaşlı qolkiperlə bağlı 2 epizodə baxacaq. UEFA Buffonun qırmızı vərəqə aldığı epizodu və  görüşün baş hakimi Maykl Oliverə etdiyi qeyri-etik hərəkətlər də müzakirə edəcək.  Məsələyə mayın 31-i baxılacaq.

 

Qeyd edək ki, "Real" - "Yuventus" oyunu İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsin əsasən Turin klubu turnirdə mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti