Bundesliqada mövsüm başa çatdı - YENİLƏNİB

19:23 12 May 2018

Bu gün Almaniya Bundesliqasında 2017/18 mövsümünün sonuncu - 34-cü turunun görüşləri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, turun bütün oyunları eyni saatda başlayacaq. Çempion “Bavariya” mövsümə “Ştutqart”la ev qarşılaşması ilə yekun vuracaq.

 

Son turda əsas mübarizə Çempionlar Liqasına vəsiqə uğrunda gedəcək. Dortmundda ÇL-ə vəsiqəyə iddialı iki komanda - “Borussiya” və “Hoffenhaym” münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Bu iddiada olan “Bayer” isə “Hannover”i qəbul edəcək.

 

Almaniya Bundesliqası, 34-cü tur

12 may

17:30 Bavariya - Ştutqart 1:4
17:30 Frayburq - Auqsburq 2:0
17:30 Hamburq - Borussiya M 2:1
17:30 Herta - Leyptsiq 2:6
17:30 Hoffenhaym - Borussiya D 3:1
17:30 Bayer - Hannover 3:2
17:30 Maynts - Verder 1:2
17:30 Şalke - Ayntraxt 1:0
17:30 Volfsburq - Köln 4:1


Digər xəbərlər

Xəbər xətti