Roman Qriqorçuk: "Niyə qorxmalıyam ki?"

23:02 12 May 2018

Topaz Premyer Liqasının 27-ci turunda "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, görüşdə sonra keçirilən mətbuat konfransında qonaqarın baş məşqçisi Roman Qriqorçuk matç haqda danışıb:

 

- Futbolçulara deyəcəyim sözləri deyəcəm. Onlara afərin! Çox prinsipial yanaşdılar, qalib gəlmək istədilər. Oyunçularımın futbola yanaşmasını daha çox bəyəndim. Ümumilikdə futbolçulardan çox razıyam.

 

- Sonuncu tur formal xarakter daşıyacaq. "Qarabağ"la oyunda əsas heyətə güvənəcəksiniz, yoxsa kobuk oyunu üçün onlara istirahət verəcəksiz?

- Yox, meydana güclülər daxil olacaq. "Qarabağ"la oyuna başqa cür yanaşa bilmərik. Qalib gəlmək istəyəcəyik, komanda güclü olmalıdı. Yaxşı oyun nümayiş etdirməliyik və kubokdan öncə yaxşı motivasiya olacaq.

 

- Sizcə "Sumqayıt"ın üstələməkdə futbolçuların ustalıq səviyyəsi böyük rol oynadımı?

- Rəqib futbolçuları öz oyunçularımızla müqayisə etməyə haqqım yoxdu, ancaq öz oyunçularıma gəldikdə, deyə bilərəm ki, yaxşı oyun göstərdik, ustalıq səviyyəmiz yaxşı oldu və bu səbəbdən qollar vurduq.

 

- Ozobiçin oynamamasının səbəbi nədir?

- Kiçik zədəsi var, oynaması məsləhət görülmürdü.

 

- Ukrayna mətbuatında "Keşlə"nin baş məşqçisi Yuri Maksimovla soyuq münasibətinizin olduğu haqda məlumatlar yazılıb...

- Tamamilə boş söhbətdi. Maksimovla normal münasibətimiz var. Bizim mətbuat niyə belə şey yazsın ki? Bizim ümumiyyətlə heç vaxt münaqişəmiz olmayıb. Mənə zəhmət olmasa o məqaləni göndərin ki, orada yazılsın, nə vaxtsa Maksimovla mənim aramda soyuq münasibət olub. Belə şeyləri haradan götürürsüz? Mənim ümumiyyətlə heç bir məşqçi ilə pis münasibətim yoxdu. 

 

- Kubokda məğlub olmaqdan qorxmursunuz ki? Üzərinizdə əlavə təzyiq varmı?

- Niyə qorxmalıyam ki? Əksinə, "Qəbələ" ilə final oynamağım məni sevindirir. Bu artıq sevindirici haldı. Fİnalda olmağımızın özü uğurdu.


Digər xəbərlər

Xəbər xətti