Rafael Ağayev Avropa çempionu oldu

02:09 13 May 2018

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb.

 

Sportarena.az xəbər verir ki, idmançımız Serbiyanın Novi-Sad şəhərində keçirilən 53-cü Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində çıxış edən Rafael yarışa 2-ci mərhələdən başlayıb. 33 yaşlı karateçimiz litvalı Remiqiyus Yurqilaytis, latviyalı Ruslan Sadikovs, türkiyəli Erman Eltemur və italiyalı Luici Busaya qalib gələrək finala yüksəlib. Ağayev bu gün keçirilən həlledici qarşılaşmada macarıstanlı Qabor Harspatakini məğlub edib.

 

Bununla da 5 qat dünya çempionu olan Rafael 11-ci dəfə Avropa çempionu tituluna yiyələnib. O, Novi-Saddakı uğura qədər 10 dəfə qitə çempionatının qızıl medalına sahib olmuşdu.


Digər xəbərlər

Xəbər xətti