"Hamburq" 54 il sonra tarixində ilk dəfə Bundesliqanı tərk edib.
Sportarena.az xəbər verir ki, bu duruma tərəfdarların reaksiyasçı çox fərqli olub. Belə ki, Bundesliqaya vida etməsi qətiləşən "Hamburq"un Münhenqladbax "Boprussiya"sı ilə matçın bitməsinə 2 dəqiqə qalmış qəzəbli tərəfdarlar meydançaya yanıcı maddələr atmağa başlayıb və oyun dayandırılıb.
10 dəqiqə sonra görüşü davam etdirən hakim futbolçulara oynamaq üçün cəmi 2 dəqqiə vaxt ayırıb.