Avropa çempionatında daha bir medal

11:53 13 May 2018

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/8 finalda polşalı Karol Holudoviçi, növbəti görüşdə isə ispaniyalı Raul Martinezi məğlub etsə də, yarımfinalda rusiyalı Maksim Kramtçova uduzub.

 

Qeyd edək ki, bunadək yığmanın digər üzvü Patimat Abakarova da bürünc medal əldə edib.


Digər xəbərlər

Xəbər xətti