"Bakı Marafonu"n qalibləri məlum oldu

15:19 13 May 2018

Mayın 13-də paytaxtımızda "Bakı Marafonu - 2018" baş tutub.

 

Sportarena.az xəbər verir ki, səhər saatlarında başlayan yarışda qaliblər artıq müəyyənləşib. Kişilər arasında birinci yeri ukraynalı İqor Olifirenko tutub. O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.

 

Qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub. O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.


Digər xəbərlər

Xəbər xətti