"Zenit" baş məşqçisini istefaya göndərdi

16:50 13 May 2018

Bu mövsüm Rusiya Premyer Liqasında uğursuz çıxış edərək Çempionlar Liqasına vəsiqəni təmin edə bilməyən "Zenit"də baş məşqçi Roberto Mançini istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Mançini 2017-ci il 1 iyulda "piterlilər"in sükanı arxasına keçmişdi. Onun cari müqaviləsi 14 mayda bitirdi. Böyük ehtimalla Mançini İtaliya millisinin baş məşqçisi təyin olunacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti