Argentina millisinin sabiq baş məşqçisi Dieqo Maradona karyerasını Belarusda davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis Brest “Dinamo”sunun sükanı arxasına keçməyə ən real namizədlərdən biridir. İddiaya görə, Maradonun meneceri Matias Morla sabah Dubayda sözügedən klubun prezidenti ilə görüşəcək.
Qeyd edək ki, Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fudceyra” klubunu çalışdırıb.