Azərbaycanlı hakim Rza Məmmədov İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsində daha bir təyinat alıb.
Sportarena.az xəbər verir ki, FİFA referisi köməkçisi 1/4 final mərhələsində Belçika - İspaniya oyununda yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi irlandiyalı Rob Harvey olacaq.
Belçika - İspaniya matçı bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.