Azərbaycanlı futbolçu Ayaz Quliyev “Rostov”dan ayrılıb.
Sportarena.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsi başa çatdığından “Spartak”a qayıdıb. Onun gələcək karyerasına DÇ-2018-dən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Rusiyanın gənclərdən ibarət millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında “Anji”də, qış fasiləsində sonra isə “Rostov”da çıxış edib.