Berlin "Dinamo”sunu 3-cü Bundesliqa təmsilçisi "Proyssen”ə dəyişən Rüfət Dadaşov mövsümü şimal-qərbi regionalliqanın bombardiri kimi bitirib.
Sportarena.az xəbər verir ki, son 6 oyunu zədə üzündən buraxan azərbaycanlı hücumçu 25 qolla bütün zonalar üzrə ikinci olub.
Belə ki, Bavariya zonasında iştirak edən "Şvaynfurt”un üzvü Adam Cabiri 27 qol vuraraq Rüfəti qabaqlayıb.