"Beşiktaş"ın heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, "qara qartallar"ın yarımmüdafiəçisi Tolqay Arslan sıradan çıxıb.
Super Liqanın 33-cü turunda səfərdə "Osmanlıspor"la matçın (3:2) 43-cü dəqiqəsində zədələnən futbolçunun durumu ciddidi. Türkiyə millisinin üzvü mövsümün son turunda "Sivasspor"la oyunda komandasına kömək edə bilməyəcək.