“Sportinq”in müdafiəçisi Fabio Koentrao Portuqaliya millisi ilə dünya çempionatına qatılmaq istəmədiyini bildirib.
Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu sosial mediadakı hesabında gərgin mövsüm keçirdiyini, buna görə, DÇ-2018-də Portuqaliya millisində yer almayacağını açıqlayıb:
“Keçən həftə uzun müddət düşündükdən sonra, gərgin keçən mövsümün ardından DÇ-2018-də Portuqaliya millisini təmsil etmək üçün özümü kifayət qədər yaxşı hiss etmədiyimi bildirdim. Gələcəkdə yenə milli komandada çıxış edəcəyimi düşünürəm. O vaxta qədər komandaya daim dəstək olacam. Yaxında görüşərik”.