Azərbaycan yığması ilə yoxlama oyununda üz-üzə gələcək Qırğızıstan millisinin heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, qırğızların baş məşqçisi Aleksandr Krestinin millimizlə oyun üçün 23 futbolçuya dəvət göndərib. Asiyalılar mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Mayın 29-da keçiriləcək Azərbaycan - Qırğızıstan matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.
Qapıçılar: Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”);
Müdafiəçilər: Kursanbek Şeratov, Tamirlan Kozubayev, Baxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusupov (hamısı “Dordoy”), Amanbek Manıbekov (“Abdış-Ata”), Şerzot Şakirov (“Neftçi”);
Yarımmüdafiəçilər: Pavel Sidorenko, Aziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Axmedov, Kayrat Jırqalbekuulu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abduraxmanov (“Alay”), Farxat Musabekov (“İlbirs”), Alimardon Şukurov (“Abdış-Ata”), Tursunali Rustamov (“Alqa”);
Hücumçular: Mirlan Murzaev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo”, Şadrinsk, Rusiya)