Türkiyənin “Beşiktaş” klubunun kanadalı futbolçusu Atiba Hatçinson İstanbul təmsilçisindən ayrılmağa hazırlaşır.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. Bu üzdən də Atiba 5 illik “Beşiktaş” karyerasına son vermək qərarına gəlib. Məlumata görə, kanadalı futbolçu klubundan 1+1 şərti ilə yeni müqavilə tələb edib. İstanbul klubu isə 35 yaşlı futbolçuya 1 illik müqavilə təklif edib. Ortaq məxrəcə gələ bilmədiklərinə förə, Atiba mövsüm bitən kimi “Beşiktaş”dan ayrılacağını rəhbərliyin diqqətinə çatdırıb.
Qeyd edək ki, Hatçinson 2013/14 mövsümünün əvvəlində PSV-dən “Beşiktaş”a transfer edilmişdi. O, bu beş ildə İstanbul klubunda 194 oyuna çıxıb, 9 qol vurub.