Batefimbi Qomisin Aleyna Tilki arzusu "ürəyində qaldı"

18:51 16 May 2018

"Qalatasaray" Türkiyə Super Liqasının son turunda çempionluğu qeyd etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, çempionluğun bir addımlığında olan "sarı-qırmızılılar"a 1 xal da bəs edir. Klub rəhbərliyi çempionluq tədbirini Göztəpə səfərindən 2 gün sonra "Türk Telekom" stadionunda keçirəcək.

 

Ramazan ayının başlaması səbəbi ilə tədbir iftardan sonra baş tutacaq. "Qalatasaray"ın çempionluq mərasiminə gəlişi gözlənilənlərdən biri də, məşhur müğənni Aleyna Tilki idi. Lakin gənc müğənninin klip çəkilişlərinə görə, stadiona gələ bilməməsi barədə xəbərlər yayılıb. Türkiyə mediasının yazdığına görə, buna ən çox məyus olanlardan biri "cim-bom"un hücumçusu Batefimbi Qomis olub. Belə ki, mövsümün əvvəlində  Aleyna Tilkinin "Səb olsan bari" mahnısına rəqs edib sosial şəbəkədə paylaşan Qomis onun canlı ifasını dinləyə bilməyəcək.

 

Tilkinin tədbirə gələ bilməməsinin ardından, "Qalatasaray" daha bir məşhur müğənni Kənan Doğulu ilə anlaşıb.


Digər xəbərlər

Xəbər xətti