Almaniya millisində qalmaqal - Lövə görə yığma karyerasını bitirdiyini açıqladı

11:14 17 May 2018

“Bavariya”nın futbolçusu Sandro Vaqner yığma karyerasını bitirdiyini elan edib.

 

Sportarena.az xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Vaqneri DÇ-2018-ə gedəcək heyətə salmadığına görə, o, karyerasını bitirmək qərarına gəlib. Futbolçu “instaqram”da məsələ ilə bağlı yazdığı statusda məşqçilər korpusunu da ittiham edib:

 

“Mən yığma komandadan gedirəm. Aydın görünür ki, açıq, vicdanlı və ədalətli davranışımla məşqçilər korpusunu qane etmirəm. Uşaqlara Rusiyada uğur arzulayıram və inanıram ki, vətənə çempion kimi qayıdacaqlar. Mənim karyeramda isə ən vacib məqam artıq baş verib. Yenidən “Bavariya”da - sevimli komandamdayam”.


Digər xəbərlər

Xəbər xətti