Braziliyalı futbolçu dopinqə görə cəzalandırıldı

17:19 17 May 2018

İtaliyanın "Kalyari" klubunda çıxış edən Joao Pedro 6 ay müddətinə diskvalifikasiya olunub.

 

Sportarema.az xəbər verir ki, bunun səbəbi 26 yaşlı yarımmüdafiəçinin dopinq-testinin müsbət nəticələnməsidir.  Məhkəmədə onun 4 il müddətinə futboldan kənarlaşdırılması məsələsi də qaldırılıb.

 

Pedro mart ayından məhz bu səbəbdən meydana çıxmır. Onun sentyabrda geri dönəcəyi ehtimal olunur. Fevralda Pedronun qanından götürülən testdə qadağan olunmuş hidroxlortiazid preparatı aşkar olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti