Avropa Liqasının final matçından sonra Lionda xoşagəlmə hadisələr yaşanıb.
Sportarena.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Fransa polisi qarşıdurma yaratmağa çalışan 21 azarkeşi həbs edib. Stadionda saxlanılan fanatların 18-i "Marsel" tərəfdarlarıdı. Onlar arenada pirotexnikadan istifadədə və tribunada olan digər azarkeşlərə hücum etməkdə ittiham olunur.
Qeyd edək ki, Avropa Liqasının dünən baş tutan final matçında "Marsel" "Atletiko" ilə üz-üzə gəlib. Görüş madridlilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib.