PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar qarşıdakı dünya çempionatı haqda danışıb.
Sportarena.az xəbər verir ki, ulduz futbolçu Rusiyada keçiriləcək mundialda qalib olmaq istədiyini bildirib:
“Dünya çempionatı ən böyük turnirdir. Mən Rusiyada meydanda olmaq və kuboku başım üzərinə qaldırmaq istəyirəm. Bu kubok mənim olmalıdı”.