"Beşiktaş" müdafiəçisini Çinə satır

11:56 18 May 2018

Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Duşko Toşiç İstanbul təmsilçisindən ayrılır.

 

Sportarena.az xəbər verir ki, artıq serbiyalı futbolçu Super Liqa təmsilçisinin düşərgəsini tərk edib. O, bundan sonra karyerasını Çində davam etdirəcək. Bu ölkənin “Quançjou” klubundan sərfəli təklif alan Toşiç danışıqlar üçün ora gedib.

 

İddiaya görə, “Beşiktaş” bu transferdən 5 milyon avro gəlir əldə edəcək. Duşko özü isə yeni klubu ilə 10 milyon avroluq qazancla 3 illik müqavilə imzalayacaq.

 

33 yaşlı futbolçu məhz bu transfer səbəbindən Super Liqanın 34-cü turunda “Sivasspor”la oyunda “Beşiktaş”a kömək edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti