Fransa yığmasının DÇ-2018-ə gedəcək heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Antoni Marsialla “Arsenal”ın forvardı Aleksandr Lakazett heyətə salınmayıb. Fransa yığmasının baş məşqçisi Didye Deşam bu qərarı barədə açıqlama verib:
“Marsialla Lakazett ötən ilin noyabrında Almaniya ilə keçirilən oyunda yaxşı təsir bağışladılar. Ancaq yalnız bir oyunda. Qalan qarşılaşmalarda onlar o qədər də yaxşı deyildilər. Biz dərin analiz apardıq, onların hansı mövqedə necə oynaya, yığmada onlara hansı məsuliyyəti həvalə edə biləcəyimizi araşdırdıq. Və qərara gəldik ki, onları heyətə cəlb etməyək. Hesab edirəm ki, Jiru, Fekir, Qrizmann və Kilian Mbappe hücumun mərkəzində oynaya bilərlər. Kilianla Antuan Qrizmann digər mövqelərdə də çıxış etməyə qadirdilər. Ancaq Mbappe özünü mərkəz hücumçusu rolunda daha yaxşı hiss edir”.