Robinyo Türkiyədən ayrılır

16:55 18 May 2018

Hazırda “Sivasspor”da çıxış edən Robinyo karyerasını Qətərdə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Qətərin klublarından birinin futbolçuya yüksək məbləğdə müqavilə təklif etdiyi vurğulanıb. Braziliyalının təklifi müsbət cavablandıracağı qeyd edilib.

 

Robinyo bu ilin əvvəlindən “Sivasspor”un şərəfini qoruyur.

 

34 yaşlı futbolçu Super Liqada mövsümün ikinci yarısında şans qazandığı 13 matçda 4 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti