"Çelsi"nin Luis Enrike planı baş tutmadı

13:13 19 May 2018

“Barselona”nın keçmiş baş məşqçisi Luis Enrike “Çelsi”ni çalışdırmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə “zadəganlar”ın Enrikenin keçidindən imtina etdiyi vurğulanıb. London təmsilçisi əvvəlcə ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəsə də, mütəxəssisin yüksək tələbləri klubun fikrini dəyişməsinə səbəb olub. Bununla da, “Çelsi” Luis Enrike ilə danışıqları dayandırıb.

 

Xatırladaq ki, 47 yaşlı mütəxəssis 2017-ci ildə “Barselona”dan ayrıldıqdan sonra işsizdi.

 

Hazırda “Çelsi”ni italiyalı mütəxəssis Antonio Konte çalışdırır.


Digər xəbərlər

Xəbər xətti