"Neftçi" "bürünc" və Avroliqaya vəsiqə qazandı, "Zirə" nin taleyi "Qəbələ"nin əlində - YENİLƏNİB

19:10 20 May 2018

Bu gün Topaz Premyer Liqasında sonuncu - 28-ci tura start veriləcək. 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 oyun keçiriləcək. Əsas diqqətlər Gəncə və Sumqayıtda keçiriləcək görüşlərə yönələcək. “Neftçi” səfərdə “Kəpəz”in qonağı olacaq. Tərlan Əhmədovun komandası Gəncədə qələbə qazansa, mövsümü bürünc medalla başa vuracaq.

Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edəcək. “Neftçi” “Kəpəz”i məğlub edərsə, dördüncü yerin sahibi bu oyunda müəyyənləşəcək. “Zirə”ni heç-heçə də qane edir. Lakin dördüncü yeri tutmaq və Avroliqa şansını saxlamaq üçün Samir Abasovun komandası mütləq meydanı 3 xalla başa vurmalıdı. 

Formal xarakrer daşıyan matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkəcək.

Qeyd edək ki, mövsümə sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. 

 

Topaz Premyer Liqası, 28-ci tur

20 may

Səbail - Keşlə 0:1

Qol: Rafael Məhərrəmov, 63

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

Bakı. “Bayıl Arena”, 17:15

 

Kəpəz - Neftçi 1:2

Qol: Şəhriyar Rəhimov, 67- Ruslan Abışov, 63. Lukas Qomes, 79.

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə. Şəhər stadionu, 17:15

 

Sumqayıt - Zirə 1:2

Qol: Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 69. Saudio Tounkara, 90+4

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

Sumqayıt. Şəhər stadionu, 17:15

 

21 may

Qəbələ - Qarabağ

Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov 

Suraxanı. “Azersun Arena”, 19:00

 


Digər xəbərlər

Xəbər xətti