Futbol üzrə Ukrayna çempionatında mövsümə yekun vurulub.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da 2017/18 mövsümündə son matçına çıxıb. Sözügedən klub 32-ci tur çərçivəsində doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Pavel 18-ci dəqiqədə sarı vərəqə də alıb.
"Aleksandriya" mövsümü 45 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə başa vurub.