"Zenit" "Trabzonspor"dan 40 min "qopardı" - Ramil Şeydayevə görə

15:46 20 May 2018

Rusiyanın “Zenit” klubu futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevə görə növbəti dəfə kassasını zənginləşdirib.

 

Sportarena.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 22 yaşlı hücumçuya görə müqaviləylə məxsus olduğu Türkiyə “Trabzonspor”undan transferi qarşılığında məhkəmə yolu ilə son 40 min dollar borcunu alıb. Trabzon təmsilçisi ödəməli olduğu 169 min avronun sonuncu tranşını FİFA-nın müdaxiləsindən sonra köçürüb. Türkiyə klubu vəsaitin böyük hissəsini bir neçə tranşla ödəsə də, qalan məbləği vermədiyi üçün “Zenit” FİFA-ya şikayət etmişdi. Məhz dünya futbol qurumunun tələbi ilə son ödəniş də gerçəkləşib.

 

Qeyd edək ki, bu mövsümü “Qarabağ”da icarə əsasında keçirən Şeydayev yetirməsi olduğu “Zenit”də 2013-2016-cı illər aralığında çıxış edib. O, 2016-cı ilin yayında transfer olunduğu “Trabzonspor”la 4 illik müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti