"Sumqayıt"ın baş məşqçisi Samir Abasov istefa verib.
Sportarena.az xəbər verir ki, o bunu oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, Topaz Premyer Liqasının son turun "Zirə"yə 1:2 hesabı ilə məğlub olan "Sumqayıt" mövsümü 5-ci sırada tamamlamaqla yanaşı, avrokuboklardan kənar qalıb.
Əlavə edək ki, onun klubla müqaviləsi mövsümün sonunda başa çatmalı idi.