Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Sumqayıt"la keçirilən oyundan sonra (1:2) "qartallar"ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Sumqayıt”ı təbrik edirəm. Çempionatımıza rəng qatmışdılar, həvəsdən düşməsinlər. Çətin oyun oldu. Bərabərlik də bizi qane edirdi. Avropa Liqasına gedə də bilərik, getməyə də. Samirin əziyyəti, uğurları da göz önündədi. Təəssüf ki, media, azarkeşlər tələsik qərar verirlər. Özüm "Neftçi” ilə oyundan sonra getmək istəyirdim. Azarkeşlərin təhqirinə dözə bilmirdim. Lakin rəhbərliklə görüşdən sonra onların bizə inandığını gördüm. Buna görə də getmək fikrimdən daşındım".