2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.
Sportarena.az xəbər verir ki, son vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən “İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatalacaq.
Qeyd edək ki. qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.
Qrup mərhələsinin oyunlarına isə 18-19 sentyabrda start veriləcək.
ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:
İspaniya: "Barselona", "Atletiko", "Real", "Valensiya"
Almaniya: "Bavariya", "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)
İngiltərə: "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul"
İtaliya: "Yuventus", "Napoli", "Roma", "İnter"
Fransa: PSJ, "Monako", "Lion"
Rusiya: "Lokomotiv", ÇSKA
Portuqaliya: "Portu"
Ukrayna: "Şaxtyor"
Belçika: "Brügge"
Turkiyə: "Qalatasaray"
Çexiya: "Viktoriya"