Cavid Hüseynov: "Dedim ki, sən niyə özünü araya soxursan?"

22:54 21 May 2018

Topaz Premyer Liqasının son turunun "Qəbələ" - "Qarabağ" matçından sonra (0:1) "qırmızı-qaralar"ın futbolçusu Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportarena.az xəbər verir ki, kapitan oyuna motivasiyasız çıxdıqlarını deyib:

 

"Motivasiya yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik".

 

O, meydandan qovulduğu epizod haqda da danışıb:

 

"Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi".

 

Hüseynov Azərbaycan Kubokunun finalına "Keşlə"yə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bildirib:

 

"Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundan ibarətdir. Gərgin və maraqlı görüş olacaq".   


Digər xəbərlər

Xəbər xətti