Pirlonun vida matçında 14 qol vuruldu - VİDEO

13:40 22 May 2018

İtaliyalı əfsanəvi futbolçu Andrea Pirlo dünya futbolunun bir çox ulduzlarının da iştirakı ilə vida matçını keçirib.
 
Sportarena.az xəbər verir ki, Milanda keçirilən oyunda bir çox sabiq və hazırda karyerasını davam etdirən futbolçular meydana çıxıb. 
 
Vida matçında mavi formalı komandaya Antonio Konte və Karlo Ançelotti baş məşqçilik edib. Ağ rəngli formalarda çıxış edən futbolçuların baş məşqçiləri isə Roberto Donadoni, Mauro Tassotti və Massimiliano Allegri olub.
 
Ağ formalı komanda Kristian Abbiyati, Dida, Leonardo Bonuççi, Ciorcio Kyellini, Alessandro Kostakurta, Cüzeppe Favalli, Marek Yankulovski, Paolo Maldini, Alessandro Nesta, Massimo Oddo, Dario Simic, Canluca Zambrotta, Xavyer Zanetti, Roberto Baronio, Mauro Kamoronezi, Cennaro Qattuzo, Frank Lempard, Leonardo, Pepe, Rui Koşta, Marko Veratti, Arturo Vidal, Roberto Bacco, Alessandro Del Pyero, Antonio Di Natali, Vinçenza Yakinta, Filippo İnzaqi, Alessandro Matri, Aleksanr Pato, Ronaldo, Françesko Totti, Kristian Vyeridən ibarət olub.
 
Rəqib komandad isə meydana Canluici Buffon, Marko Storari, Daniel Adani, Andrea Barzaqli, Daniel Bonera, Kafu, Aymo Diana, Çiro Ferrara, Kaxaber Kaladze, Marko Materazzi, Serjinyo, Demetrio Albertini, Massimo Ambrozini, Kristian Broççi, Daniel De Rossi, Alessandro Diamanti, Klaudio Markizio, Simyon Perotta, Klarens Sidorf, Marko Boriello, Antonio Kassano, Fabio Quaqlyarella, Ronaldinyo, Andrey Şevçenko, Karlos Tevez, Luka Toni, Nikola Ventola meydana çıxıb.
 
Matç 7:7 hesabı ilə yekunlaşıb. Mavi komandadan Şevçenko, Quaqlyarella, Kassano, Kafu, Sidorf, Broççi, Toni, rəqibdən isə İnzaqi (3), Pato (2) Vyeri və matri fərqlənib.
 
Qarşılaşmaya ağ formalı komandada başlayan Piro, ikinci hissədə rəqibin heyətində oynayıb. O 81-ci dəqiqədə meydandan çıaraq yerini 15 yaşlı oğlu Nikola Pirloya verib. Pirlo meydandan çıxarkən azarkeşlər və oyuna dəvət alan dostları tərəfindən ayaqüstdə alqışlandı. Qarılaşmadan sonra azarkeşləri salamlayan Pirlo, duyğusal anlara səhnə olan vida matçından sonra futbolçu karyerasnı bitirdiyini rəsmən bəyan edib. 
 
Ölkəsində "İnter", "Milan" və "Yuventus"un formasını geyən Pirlo, sonuncu dəfə ABŞ-da "Nyu York Siti"də oynayıb. Milanla iki dəfə İtaliya çempionu olan, Çempionlar Liqası və UEFA Superkubokunu başı üzərinə qaldıran Pirlo, "Yuventus"la 4 dəfə İtaliya çempionu titulunu qazanıb. İtaliya yığmasında 116 matça çıxan ulduz, 2006-cı ildə Dünya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti