Dortmund "Borussiya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisini Lüsyen Favr çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssis Dortmund klubu ilə 2 illik müqavilə imzalayıb.
İsveçrəli mütəxəssisin son iş yeri Fransanın "Nitsa" klubu olub.