“Beşiktaş” isveçrəli futbolçu Stefan Lixtştaynerin xidmətində maraqlıdı.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “qara qartallar”ın baş məşqçisi Şenol Günəşin “Yuventus”la müqavilə müddəti başa çatan 34 yaşlı müdafiəçini sərəncamında görmək istədiyi qeyd edilib. Lixtştayner azad agent olduğundan, İstanbul təmsilçisi onun keçidi üçün heç bir məbləğ ödəməyəcək.
Karyerası ərzində “Qrasshoppers”, “Lill” və “Latsio”da çıxış etmiş sağ cinah müdafiəçisi, 2011-ci ildən “Yuve”nin uğurları üçün çalışırdı.