Futbol üzrə Almaniya 2-ci Bundesliqasının düşmə qrupunda cavab pley-off oyunu keçirilib.
Sportarena.az xəbər verir Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu, mövsümü 16-cı pillədə başa vuran “Ersgebirge” öz meydanında 3-cü Bundesliqanı 3-cü pillədə tamamlayan “Karlsrue” ilə qarşılaşıb.
Matç Nazarovun komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnib. Dmitri sabiq komandasına qarşı oyunda 71-ci dəqiqədə meydana çıxıb.
Komandalar arasında keçilən ilk matçda hesab açılmadığından, iki qarşılaşmanın nəticəsinə görə, “Ersgebirge” gələn mövsüm üçün 2-ci Bundesliqadakı yerini təmin edib.