Argentina millisinin DÇ-2018 üçün heyətində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, qapıçı "Mançester Yunayted"in qapıçısı Serxio Romero sağ dizindən zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Onun əvəzinə milliyə “Tiqres”in qapıçısı Nauel Qusman dəvət edilib.
Qeyd edək ki, Argentina İslandiya, Xorvatiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.