PSJ prezidenti Nasser Əl-Xalafi komandanın aparıcı üzvlərindən olan Kilyan Mbappe ilə bağlı gündəm yaradacaq açıqlama verib.
Sportarena.az xəbər verir ki, "Monako"dan tam transfer şərti ilə icarəyə götürdükləri Mbappenin transferi ilə bağlı prezident "Kanal Plus"a danışıb. O futbolçunu satmayacağını belə izah edib:
"Məndən qiymət öyrənmək istəyirsiz? O zaman söyləyim, 1 milyard avro. Bəli, 1 milyard avro dedim! Mbappeni bu qiymətə belə satmaram!"